Close button

“Pozitron” şirkəti Azərbaycanda təzə tərəvəz yetişdirilməsi üzrə sürətli inkişaf edən müasir istixana komplekslərindən biridir.

T
İSTEHSAL GÜCÜ
Ha
ƏRAZİ
Ha
İSTEHSAL SAHƏLƏRİ

Pozitron şirkətinin tarixi

Şirkətin yaranma tarixi keçmişə -1980-ci illərə təsadüf edir. Bu gün “Pozitron” şirkətinin təməli ailə biznesinin dəyərlərinə əsaslanır və hal-hazırda şirkət nəslin qurucusu Fərzəliyevlər ailəsinin varislərinin ixtiyarındadır. Kənd təsərrüfatına marağın onilliklər ərzində gələcək nəslə ötürülməsinin nəticəsidir ki, bu ailənin üçüncü nəslinin nümayəndələri özlərini "Bakı Pomidorları" brendi ilə məşhur olan məhsul yetişdirməyə həsr ediblər. 1980-ci illərin başlanğıcında, keçmiş sovet dövründə Fərzəliyevlər ailəsi qədim ənənələrə uyğun Bakı pomidoru və xiyarı istehsalında ixtisaslaşmağa başladı.

Sovet dövrünün çətinlikləri, bazar iqtisadiyyatının mövcud olmaması ilə yanaşı, bu böyük ailənin zəhməti və çalışqanlığı qısa müddət ərzində onlara uğur qazandırdı: sovet insanının qida rasionunda Abşeron tərəvəzlərinin mükəmməl dadı yer aldı. Baxmayaraq ki, təsərrüfat sahibləri dövrün obyektiv çətinlikləri ilə üzləşirdi - yüksək texnologiyaların və logistika mərkəzlərinin olmaması, sadə, hətta bəsit istixanalardan istifadə.

inkişaf

2009 və 2020-ci illər

  • 2009-cu ildə ilk mərhələdə sahəsi 2 hektar olan istixanalar tikilib istifadəyə verildi.
  • 2020-ci ildə ikinci mərhələ kimi 5 hektar sahəni əhatə edən istixanalar tikilib istifadəyə verildi.
  • Yaxın illərdə istixanaların sahəsinin 12 hektara çatdırılması nəzərdə tutulur.
2 Ha
5 Ha

«DADIN FƏRQİ VAR!»

Əsaslı keyfiyyət meyarları ilə birlikdə ən seçkin qurmanları belə məmnun edə biləcək məhsullar istehsal etmək istəyi “Pozitron” tərəvəzlərinin bənzərsiz dadını təmin edir. Əmək və ailə ənənələri arasındakı ahəngdar əlaqə "Bakı pomidoru" yetişdirilməsi üçün kustar istehsalın inkişaf etmiş texnoloji kənd təsərrüfatı platformasına çevrilməsinə çox böyük təkan verdi. Məhsul çeşidinin genişlənməsi və məhsulların davamlı təkmilləşdirilməsi "Bakı pomidoru" sevənlərini diqqətsiz qoymayacaqdır. Azərbaycanda hər kəs sizə deyəcəkdir: "Dadın fərqi var".