Close button

Məhsullar

"Çəhrayı pomidor" çeşidi

Bu pomidor çeşidi həm əla dadı, həm də vitamin və qida maddələrinin zəngin olması ilə fərqlənir. Onların tərkibində əhəmiyyətli dərəcədə mikroelementlər və şəkər, həmçinin B qrup vitaminləri, karotin və xüsusilə likopin var. Buna görə çəhrayı pomidorun müntəzəm istehlakı immunitet sistemini gücləndirir, beyin qan dövranını yaxşılaşdırır və ürək-damar və onkoloji xəstəliklərin riskini azaldır.

"Bakı pomidoru" çeşidi və ya "Salxımlı pomidor"

Bu pomidorlar yuvarlaq formaları və demək olar ki, standart, orta ölçüləri ilə fərqlənirlər: çox böyük deyil, eyni zamanda, məsələn, cherry pomidorları qədər kiçik deyillər. Adətən, bir budaqda 5-7 pomidor olur. Bundan əlavə, "Bakı pomidoru" parlaq qırmızı rəng, nazik, lakin güclü bir qabığa malik olub, vitamin C, B1, PP qrupları, provitamin A, minerallar, şəkər, K, Mg, Fe, Zn, Ca və bir sıra minerallarla zəngindir. Bakı pomidoru likopinlə zəngin olması ilə diqqət çəkir. O, pomidorlara qırmızı rəng verir, güclü, təbii antioksidantdır, ürək-damar sisteminin patologiyaları və müxtəlif onkoloji xəstəliklərin riskini azaldır.