“Pozitron” şirkəti Azərbaycanda təzə tərəvəz yetişdirilməsi üzrə sürətli inkişaf edən müasir istixana komplekslərindən biridir
Daha çoxPomidor yeyin – sağlam qalın! Pomidor, ilk növbədə, aşağı kalorili, az karbohidrogenli bir qidadır. Alimlər deyir ki, pomidorun ən faydalı tərkib hissəsi olan likopin ürək-damar və onkoloji xəstəliklərin inkişafı riskini əhəmiyyətli dərəcədə azaldan antioksidantdır. Eyni zamanda, pomidor C, K1, B9 vitaminləri, habelə kalium və beta-karotin mənbəyidir. Pomidor suyunun tərkibində serotonin yaranmasında iştirak edən maddələr vardır ki, o da sinir sistemindəki gərginliyi aradan qaldırır və stresin təsirini minimuma endirir.
Pomidorla yumurta – səhər, axşam, günorta! Azərbaycanda geniş yayılmış, hamıya məlum pomidor yeməyi - "pomidor-yumurta". Resept sadədir. Bir neçə pomidor götürürük, yuyuruq, iti bıçaqla altına xaç formasında işarə qoyuruq. Sonra pomidorları təzə qaynadılmış su ilə dolu qazanda 5 dəqiqə saxlayırıq. Suyu süzüb pomidorları soyuruq. Pomidorları doğrayıb tavaya atırıq. Tavanı orta səviyyəli odda saxlayırıq. Maye buxarlanana qədər pomidor bişir. Sonra bitki yağı, duz və istiot əlavə edib kütləni təxminən beş dəqiqə qızardırıq. Yumurtaları sındırıb tavaya əlavə edirik. Maksimum qovurma üçün əlavə 10-15 dəqiqə gözləyirik və… bu qədər – hamı süfrə başına! Nuş olsun!
“Pomidor” sözü italyan və ya fransız mənşəlidir. İtaliyada “pomo d'oro” “qızıl alma” kimi tərcümə olunur, Fransada isə bu parlaq qırmızı və şirəli meyvələr daha gözəl adlanır, yəni – “pomo d'amur”, bu da öz növbəsində “eşq almaları” mənasını verir. Bəzi insanlar qədim hind əlyazmalarına əsasən, pomidorun vətəninin Hindistan olduğunu düşünürlər. Bir qisim alimlər isə pomidorun Meksikaya aid olduğuna inanırlar. Yeri gəlmişkən, bu ölkədə pomidorlara "tumatl", astek dilində isə "tomatl" deyilirdi. Pomidorlar haqqında məlumatı ilk dəfə botanika ədəbiyyatında 1554-cü ildə italyan botanist Paulo Mattiole qeyd etmişdir. Və dünyanın ilk pomidor tərkibli resepti 1692-ci ildə Neapolda nəşr olunub.
Mamed dayıdan faydalı məlumatlar





Texnologiyalarımız


